Qızıl bahalaşıb
14.02.2022 380 0.0 0

İnvestorların geosiyasi gərginlik fonunda riskli aktivlərə meyl etməməsi səbəbindən qızılın qiyməti artıb.

Birjalara istinadən xəbər verilir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,67%, yaxud 12,2 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 854,35 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 1 % artaraq, 1 unsiyası 23,602 ABŞ dolları təşkil edib.

Geosiyasi gərginlik fonunda investorlar qiymətli metal almağa üstünlük verirlər. Analitiklər geosiyasi risklərin qiymətli metalların qiymət artımını dəstəklədiyi qənaətindədirlər.

Qeyd edək ki, bu gün və sabah Almaniyanın kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək. Əgər Şolts gərginliyin azalması ilə bağlı hər hansı siqnal verməzsə, qızılın bir unsiyasının qiyməti 1900 ABŞ dollarınadək arta bilər./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar