Qısa şort geyinən qızı sürücü avtobusdan düşürdü - Çox qısa geyinmisən
01.08.2019 2196 0.0 0

İsveçdə gənc bir qadını avtobus sürücüsü "Çox açıq geyinmisiniz" sözləri ilə acılayaraq avtobusdan düşürüb.

Xartici KİV-ə istinadən xəbər verilir ki, Malmödə yaşayan 19 yaşlı Amanda Hansson hava çox isti olduğu üçün belə geyindiyini deyib. Avtobusa minən qız oturmaq üçün yer axtararkən sürücü tərəfindən ön qapıya doğru çağırılıb. 

Sürücü Amandanı qolundan tutaraq avtobusdan aşağı salıb. 

İctimai qınağa səbəb olan sürücünün bu hərəkəti İsveçdə böyük səs-küyə səbəb olub.

Nəqliyyat vasitəsinin aid olduğu şirkət rəsmiləri sürücünün davranışında hər hansı bir siyasi və dini ayrı-seçkiliyin olmadığını bildirərək baş verən anlaşılmazlığa görə üzr istəyiblər./milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar