Qida təhlükəsizliyi məsələlərinə həsr olunmuş seminar keçirilib
02.07.2015 755 0.0 0

2015-ci ilin iyul ayının 2-də Kənd Təsərrüfatı Nazirliyində Avropa Birliyinin ölkə ofisinin və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə qida təhlükəsizliyi məsələlərinə həsr olunmuş seminar keçirilmişdir.


Qazeta.info Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən bildirir ki,  seminarda Avropa Birliyinin ölkə ofisindən proqram meneceri Olaf Heidelbax, AB-nin ekspertləri məruzəçilər Stilinos Koulouris və Şura Tabachnikoff,  Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat və Sənaye Nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və digər  əlaqədar qurumların nümayəndələri iştirak etmişlər.

 

 

Seminarı giriş sözü ilə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev açaraq Avropa Qida Təhlükəsizliyi Orqanı (EFSA) və bu orqanla respublikamız arasında əməkdaşlığın perspektivləri barədə məlumat vermişdir.

Seminarda Avropa Birliyinin qida təhlükəsizliyi sahəsində respublikamızda maliyyələşdirdiyi layihələr, Avropa Birliyi ölkələrində qida təhlükəsizliyi üzrə risklərin tədqiq edilməsi, risklərin idarəçiliyi və kommunikasiya məsələləri üzrə qanunvericilik, icra mexanizmləri, idarəçilik, inzibati quruluş və s. məsələlər haqqında təqdimatlar olmuşdur.

Təqdimatlardan sonra müvafiq sahələr üzrə müzakirələr  və fikir mübadiləsi aparılmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar