Qeyri-adi televiziya pultu
20.06.2015 586 0.0 0

Beyin dalğalarıyla çalışan cihazlar artıq yalnız elmi-fantastika filmlərində olmayacaq.

Məlumata görə, BBC texnologiya firması “This Place” ilə birgə beyin dalğalarıyla çalışan yeni pult hazırlayıb. 

Xarici görünüşcə qulaqlığı xatırladan bu cihazla BBC İplayer platformasında işləmək mümkündür.

İnsanın ağlını oxuyan bu cihaz hələ ki, sınaq mərhələsindədir. İlk sınağa BBC əməkdaşlarından 10 nəfər qatılıb.

Rəqəmsal texnologiya idarəsindən Kyurs Sahan (Cyrus Saihan) bu texnologiyanın fiziki qüsuru olan şəxslərə daha faydalı olacağını bildirib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar