Qazaxıstanda sutka ərzində ikinci zəlzələ baş verib
19.02.2018 808 0.0 0

Fevralın 19-da, yerli vaxtla saat 07.01-də Qazaxıstanın şərqində 4,0 bal gücündə zəlzələ baş verib.

 

 

 

Məlumata görə, bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

 

Yeraltı təkanların episentri Təkəli şəhərindən 69  km cənubda, ocağı isə 1 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, ötən gün Qazaxıstanın şərqində 4,7 bal gücündə zəlzələ qeydə alınıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar