«Qayınana»nın Sevdası dəfn edildi-VİDEO
05.08.2015 690 0.0 0

Əməkdar artist Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

ANS TV-nin məlmatına görə, iyunun 1-də 65 yaşı tamam olan aktrisa, “Azərbaycanfilm” kinostudiyasında bir çox filmlərdə rol alıb.

Tamaşaçıların daha çox “Qaynana” filmindəki Sevda rolu ilə yadda qalan aktrisa ilə bu gün Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimdə mərhumənin yaxın qohumları ilə yanaşı, sənət dostlarıda iştirak edib.

“Bir ildir ki, yatqdadır. Bundan bir kimsənin belə xəbəri yoxdur. Bunu eşitdim çox məyus oldum. Çünki mən dostlarımı, tanışlarımı, rəfiqələrimi itirə-itirə gəlirəm. Sözün həqiqi mənasında çox yaxşı insan idi. Heç kimlə işi olmazdı, heç kimin işinə qarışmırdı, işini görüb gedirdi. Hamının dərdinə şərik idi. Mənim üçün bu çox ağırdır”, – deyə xalq artisti Nuriyyə Əhmədova bildirib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar