Qarşıdurma xəttində monitorinq keçiriləcək
07.06.2016 483 0.0 0


Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək.

Qazeta.info Müdafiə  Nazirliyinin məlumatına əsasən bildirir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Azərbaycan Respublikası Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. 
Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Jiri Aberle keçirəcəklər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar