QARAGURUH YOXSA XALQ?- FAZİL MUSTAFADAN İLGİNC AÇIQLAMA
21.01.2015 684 0.0 0

Babəki söyən Millət vəkili Fazil Mustafa xalqın onun fikirlərinə olan reaksiyasın qaraguruh adlandırıb.

Belə ki , Fazil Mustafa fikrincə Azərbaycanda yaranan kütləvi qaragüruhun sağlam fikirlərə əngəl olduğunu düşünür.

Məlumata görə, ANS TV-nin “Şəxsiyyət vəsiqəsi” verilişində səsləndirdiyi “Tarixdə Azərbaycan adlı dövlət olmayıb”, Babəki sevmək bayrağımızdaki dəyərlərə hörmətsizlikdir, "Babək sovet dövründə düşünülmüş şəkildə insanlarmızın beyninə yeridilmiş saxta qəhrəman obrazıdır" kimi fikirləri üzündən təzyiqlərlə qarşılaşan millət vəkili, qaragüruhun qarşının alınması üçün ziyalılara çağırış etdi.

Fazil Mustafanın sosial mediada paylaşdığı fikirlərini təqdim edirik: "Baxın, tez-tez demoqoji fikir səsləndirənlər olur ki, millət vəkilləri xalqa yaxın deyil. Burada haqlılıq payı əlbəttə var. Ancaq bir Allah şahiddir ki, illərdir çalışırıq ki, sosial şəbəkə vasitəsilə xalqla daha əlçatan təmasımız olsun, fikir mübadiləsi edək, insanların mesajlarını alıb, gücümüz çatan istiqamətdə köməklik göstərək. Mən də sizlərdən bilmədiyim xeyli bilgiləri öyrənirəm. Bir sıra insanlarda bu düşüncə var ki, biz mütləq onların istədiyini düşünməliyik, deməliyik. Mən yaşadığım ömür boyu hər zaman öz sözümü demişəm. bəzən sərt olub, bəzən diplomatik manevrlərlə demişəm, ancaq həmişə öz sözüm olub. Təsəvvür edin ki, ANS-də veriliş yoxdur, mən 20 ilə yaxındır kitablarımda, məqalələrimdə, hətta dissertasiyamda bu mövqeyi açıq, çəkinmədən yazıram, televiziyalarda söyləyirəm, nə oldu, indi yadınıza düşdü? ANS-dəki proqramda 6 nəfər sizin istədiyinizi söylədi, necə oldu, bir nəfərin eks mövqeyini qəbul edə bilmədiniz. Tam məsuliyyətimlə deyirəm, bu minvalla qaragüruhun qorxusundan kimsə bu ölkədə doğruları söyləməyə cəsarət etməyəcək. Bir də mən millət vəkili kimi proqrama çıxmamışam, kitablarımı millət vəkili kimi yazmıram. Bu elmdırsə, elmlə cavab verin, yoxsa Milli Məclisə, Prezidentə müraciət edirlər ki, məni susdurmağa kömək etsinlər. Millət vəkili kimi də iradlarını başa düşmürəm. Hansı aktual məsələ oldu ki, mən onu səsləndirmədim, münasibət bildirmədim. Hər gün bəlkə də ən çox məktubu da vətəndaşdan alan deputatlardan biriyəm, narazılığınız məndəndirsə, o zaman razı qaldığınız millət vəkili obrazı necə olmalıdır, onu yazın, fəaliyyətimizi o obraza uyğunlaşdıraq. İnanın, özünüz də şahidsiniz ki, biz özümüzü müdafiə etməyə iradəmiz çatır, ancaq qaragüruhçuluğun yayılmasının qarşısını kəsmək üçün bütün sağlam düşünən insanların aktıv olması vacibdir."//AnsPress

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar