Qarabağda erməni tankları PARTLADI: ekipaj məhv oldu - VİDEO
22.07.2016 2378 0.0 0

Düşmən cəbhədə ağır itki verib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazisində hərbi təlimlər keçirən separatçı rejimin iki tankı minaya düşüb.

 

Atv.az-a istinadən xəbər verilir ki, bu barədə erməni mediası xəbər yayıb. "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində ölüb, digər tankın ekipaj üzvləri isə ağır yaralanıb.

 

Qeyd edək ki, erməni bloggerlər sosial şəbəkələrdə hadisənin videogörüntülərini yayıblar./publika.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar