Qarabağda daha bir erməni vuruldu
19.12.2015 465 0.0 0

Azərbaycan Ermənistan təmas xəttində bu gecə də gərginlik yaşanıb.

Erməni mətbuatına istinadla verilən məlumata görə, baş verən döyüşlərdə Ermənistan ordusunun bir əsgəri öldürülüb.

Bu, 1996-cı il təvəllüdlü Fidar İqoreviç Aloyandır. 

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan “Facebook” səhifəsində cəbhə xəttində vəziyyətin gərgin olduğu barədə xəbər yayıb. 

Son günlər baş verən hadisələrdən sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün səhər gözlənilmədən Dağlıq Qarabağa gedib. 

Son günlər cəbhədə vəziyyət gərginləşib. 17 dekabr axşam saatlarında təmas xəttində düşmənlə döyüş toqquşması erməni tərəfinin də itkisi ilə nəticələnib. Ermənilər 3 hərbçisinin öldüyünü açıqlayıb. 
Onlardan ikisi gecə təmas xəttində atışma zamanı ölüb. Ölən əsgərlər bunlardır: Aqazi Qriqoryan (1996-cı il) və Ruben Aleksanyan (1996-cı il). Daha bir nəfər 1992-ci il təvəllüdlü Qor Oqanyandır. Onun hansı şəraitdə öldüyü araşdırılır. 

Atışmada Silahlı Qüvvələrimiz də itki verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.

Cəbhədə vəziyyətin gərgin olduğu bir vaxtda bu gün Azərbaycan və Ermənistan prezidentləri İsveçrənin paytaxtı Bern şəhərində görüşürlər. Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə baş tutur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar