Qarabağa qaçan rus milyarder jurnalistləri Şuşaya yığır
08.07.2015 663 0.0 0

Dağlığ Qarabağa köçən Rusiyalı milyarder German Sterliqov gələn həftə mətbuat konfransı keçirəcəyi haqda məlumat verib. Bütün suallara cavab almaq istəyən jurnalistləri konfransa dəvət edən Sterliqov Vkontakte sosial şəbəkəsində yerləşdirdiyi elanda tədbirin keçiriləcəyi məkanı “güllü çiçəkli Dağlığ Qarabağ, "qədim erməni şəhəri Şuşa” kimi göstərib. Rusiyalı milyarder sosial şəbəkədə paylaşdığı elana özünün uzunqulaqla şəklini də əlavə edib. 

Daha əvvəl German Sterliqovun vəkili Artur Ayrapetov Rusiya KİV-nə müsahibəsində milyarderin Azərbaycanın işğal olunmuş ərazilərinə köçdüyü faktı təsdiqləyib. Sterliqovun Qarabağı onun yaxşı ekologiyasına görə seçdiyini vurğulayan vəkil German Lvoviçin “Ermənistanın, xüsusi ilə də İrəvanın hörmətli insanları ilə münasibətlərinin yaxşı olduğunu” bildirib. 

Sterlinqovun Rusiyanı həmişəlik tərk etdiyi sualına isə Ayrapetov hələlik bu qərarın qəti olmadığı deyərək cavab verib. 

Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də mövqe açıqlayıb. Qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və "Dövlət sərhədi haqqında" qanunu pozduğu üçün “arzuolunmaz şəxslər” siyahısına salınacaq.

Rusiyanın ilk milyarderlərindən hesab edilən Sterliqovun adı həmçinin ölkənin millətçilərinin döyüş təşkilatının maliyələşdirilməsində də hallanır. O 15 il azadlıqdan məhrum edilə bilər. 

48 yaşlı miliarder Rusiyada 1990-cı illərdə məşhurlaşmağa başlayıb. O, həmin illərdə ölkədə ilk xammal ticarəti birjası "Alisa"nı yaradıb və ilk milyonunu elə burda qazanıb. 5 uşaq atası olan Sterliqov mühafizəkar baxışları ilə fərqlənir./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar