Qara dənizdə Rusiya-ABŞ "savaşı"nın videosu yayıldı
01.06.2015 737 0.0 0

ABŞ hərbi dəniz qüvvələrləri öz rəsmi saytında ABŞ-ın raket esminesi “Ross”un üstündən üçan Rusiyanın Su-24 hücüm təyyarəsinin videosunu yayıb.

Məlumata görə, videoda təyyarənin raket esminesinə yaxın uçduğu görünür.

Qeyd edək ki, Rusiyanın Su-24 hücüm təyyarəsi Qara dənizin şərq hissəsində ABŞ-ın raket esminesi “Ross”u neytral sulara qovub.

Belə ki, "Ross" raket esminesi Rusiya sularına yaxınlaşıb. RİA Novosti agentliyi Krım hərbçilərinə istinadən bildirir ki, ABŞ hərbçiləri özlərini təcavüzkar kimi aparıblar. Nəticədə Rusiya təyyarələri havaya qaldırılıb və "Ross" raket esminesi Rusiya sularından qovulub. Amerika hərbçilərinin qorxduğu bildirilir.

Mənbənin sözlərinə görə, bir müddət öncə Su-24 təyyarəsi amerikalıların ən yeni texnikaya malik “Donald Cook” elementləri ilə təhciz edilmiş təyyarəsinin bütün aparaturasını söndürüb.

"Qara dəniz flotu Rusiya Federasiyasının ərazi sularını fasiləsiz olaraq izləyir və istənilən sərhəd pozuntularının qarşısını sərt şəkildə almağa hazırdır", - deyə mənbə bildirib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar