«Qanuni oğru»lar qiyam qaldırdı
11.05.2015 652 0.0 0

Başqırdıstanın Salavat şəhərində yerləşən 2 saylı ciddi rejimli həbsxanada üsyan olub. 

Məlumata görə, mayın 10-dan başlayaraq 100-ə yaxın dustaq rəhbərliyin “qanuni tələb”lərini yerinə yetirməkdən imtina ediblər. 

20 dustaq rejimə tabe olan 23 dustağı döyərək barrikada qurub, daha sonra həbsxana əmlakının dağıdıblar. Döyülən dustaqlarda kəllə-beyin zədəsi, sümklərin qırılması kimi xəsarıtlər aşkar edilib. 

Həbsxanada 1200 nəfər cəza çəkir. Dustaqları ayağa 12 dustaq qaldırıb. Onlara 4,5 ildən 20 ilə qədər iş kəsilib. Qiyamçı dustaqlara 18 il iş kəsilmiş Stavropol sakini olan avtoritet rəhbərlik edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar