«Qalx, Ermənistan» hərəkatı İrəvanın mərkəzində oturaq piketə qərar verdi
27.07.2015 606 0.0 0
rmənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Qalx, Ermənistan” hərəkatı İrəvanın mərkəzindəki Respublika meydanında 72 saatlıq oturaq piket keçirməyə qərar verib.

 

“NEWS.am”-a istinadən verilən xəbərə görə, hərəkatın bununla bağlı yaydığı bəyanatda bildirilir: “Serj Sarkisyanın 27 iyun tarixli çıxışından bir ay keçməsinə baxmayaraq, elektrik enerjisi tariflərinin artırılması məsələsi hələ də nizamlanmamış qalmaqdadır”.   

 

Bu səbəbdən “Qalx, Ermənistan” vətəndaş təşəbbüsünün Şurası bu gün axşam saatlarından etibarən 72 saatlıq oturaq piket keçirməyə qərar verərək Baqramyan prospektindəki aksiyalar zamanı səsləndirilən bütün tələbləri yenidən irəli sürür”. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar