QALMAQAL: Tolik Natavan Həbibidən üzr istəməyəcək!
01.09.2015 697 0.0 0

Məşhur prodüser Toliklə (Tarix Əliyev) məhkəmə davası olan müğənni Natavan Həbibi məhkəməyə saxta sənədlər təqdim edib. Bunu məhkəməni uduzan prodüser iddia edir.

Tolik  açıqlamasında, məhkəmənin qərarının icra mərhələsində Həbibinin sənədlərinin saxta olduğundan xəbər tutduqlarını bildirdi: "Bildiyiniz kimi, Natavan Həbibi mənə qarşı iddia qaldıraraq, guya onun haqqında KİV-də yalan məlumatlar yaydığıma görə üzr istəməyimi tələb edirdi. İş materiallarında olan sənədlərə qiymət verən məhkəmə bu tələbi əsaslı sayaraq iddianı təmin edib. Apellyasiya və Kasasiya orqanları qətnaməni dəyişdirmədən qüvvədə saxladılar.

Lakin işin icra mərhələsində bizə məlum oldu ki, Natavan Həbibinin təqdim etdiyi bir sıra sənədlər saxta imiş. İşin gələcəkdə obyektiv və qərəzsiz həll edilməsi baxımından hazırda həmin sənədləri göstərmək istəmirəm. Harada və kim tərəfindən saxtalaşdırıldığını onsuz da qarşı tərəf yaxşı bilir. Lakin bildirirəm ki, hazırda vəkilim Rövşən Mərəndskiy tərəfindən aiddiyyatı orqanlara müvafiq qaydada müraciətlər edilib. habelə Ali Məhkəmənin plenumuna əlavə kassasiya şikayəti veriləcək".

Tolikin vəkili Rövşən Mərəndinski məsələ ilə bağlı artıq Ali Məhkəməyə müraciət hazırladığını deyir: "Müraciət hazırdır, hazırda müvafiq qurumlara rəsmi müraciət üçün sənədlər hazırlanır. Biz ədalətin qalib gələcəyinə inanırıq, ona görə də bu işdə sonadək gedəcəyik"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar