Qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən prodüser - azad olunub
24.08.2015 674 0.0 0

Qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilən prodüser Vəfa Vaqifqızından (Məmmədova) xəbər var.

 Qazeta.info ATV.az-ın  məlumatına istinadla  xəbər verir ki, bir neçə ay bundan əvvəl həbsi ilə gündəmə gələn prodüser xanım artıq azadlığa buraxılıb.

Xatırladaq ki, prodüser Vəfa Vaqifqızı qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, prodüsser xanım barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına göndərilib.

Qeyd edək ki, Vəfa Vaqifqızı Nüşabə Ələsgərli, Nazənin və bir çox məşhur müğənninin, bəzi telekanallarında yayımlanan maqazin verilişlərinin prodüseri olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar