Qaçqınlarla görüş olub-«Xalq Diplomatiyası» gündəmə gətirilir?
28.03.2015 656 0.0 0

Bu gün bir sıra QHT nümayəndələrinin, politoloqların Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüşü keçirilib.

 

Məlumata görə, görüş Avrasiya Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə çıxış edənlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan rəsmi danışıqların ən son vəziyyəti barədə tədbir iştirakçılarına məlumat veriblər.

 

Sonda “Xalq Diplomatiyasının vəd etdiyi perspektiv və ya Xalq Diplomatiyası nə üçün lazımdır?” və “Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan azərbaycanlı məcburi köçkünlərin vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətlərində iştirakı” mövzularında açıq müzakirə keçirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar