Qəzada ölən hərbçilərin cəsədləri Moskvaya gətiriləcək
25.12.2016 706 0.0 0

Soçi yaxınlığındakı qəzanın qurbanlarının cəsədlərini daşıyan ilk təyyarə Moskvaya dekabrın 26-da yola düşəcək.

 

Məlumata görə, bu barədə TASS agentliyinə məlumatlı mənbə bildirib.  

 

“Güman edirəm ki, ilk təyyarəni sabah Moskvaya göndərəcəyik”, deyə mənbə bildirib.

 

İndiyədək  təyyarə qəzasında ölənlərdən 11-nin meyiti sudan çıxarılıb.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar