Qətliam kimi qəza - 15 ölü (VİDEO, FOTO)
06.07.2015 990 0.0 0

 

Türkiyədə dəhşətli yol qəzası baş verib.Məlumata görə, Manisa şəhərində qeydə alnana qəza 15 nəfərin ölümünə səbəb olub. 

Gölmarmara rayonunda tarla işçilərini daşıyan yük maşını süt tankeri ilə toqquşub. Qəza zamanı yük maşınındakı 15 nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılardan biri tankerin sürücüsüdür. 

Ölənlərin əksəriyyətinin qadın olduğu bildirilir. 

Qəza gecə saat 05.30-da (Bakı vaxtı ilə 07:30-da) meydana gəlib. İşçilər üzüm yarpağı toplamağa gedirlərmiş. 

İlkin məlumata görə, qəzaya səbəb tankerin xətası olub. Sürücü yol hərəkəti qaydalarını pozub və qarşıdakı maşına çırpılıb. 

Qəza baş verən əraziyə çox sayda cənazə maşını və təcili yardım cəlb edilib. /anspress/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar