Qəddafinin oğlu azadlığa buraxılıb
06.07.2016 997 0.0 0

Liviyanın keçmiş lideri Muammar Qəddafinin oğlu Seyf-əl-İslam Qəddafi amnistiyaya düşüb.

 

Məlumata görə, bu barədə onun vəkilləri “France 24”-ün ərəb bölməsinə müsahibələrində deyiblər.

 

Xatırladaq ki, ötən il iyulun sonunda Tripoli məhkəməsi Qəddafi rejiminin 10 nümayəndəsi, o cümlədən oğlu Seyf-əl-İslam Qəddafi barəsində ölüm hökmü çıxarıb.

 

Onlar 2011-ci il iyunun 17-dən baş verən inqilab zamanı dinc nümayişçiləri öldürməyə təhrik etmək və nümayişləri dayandırmaq üçün cəza dəstələri formalaşdırmaqda, həmçinin korrupsiya cinayətlərində təqsirli biliniblər.

 

Əlavə edək ki, M. Qəddafi inqilab zamanı öldürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar