Pxenyan Trampa hidrogen bombasının sınağı ilə hədələyib
22.09.2017 628 0.0 0

Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər. Məlumatına görə, bu barədə “Renhap” agentliyi məlumat yayıb.    

 

Şimali Koreyanın lideri Kim Çen In bundan əvvəl Trampın çıxışını “ağılsız”, onun özünü isə “alovla oynayan xuliqan və quldur” adlandırıb və nitqinə cavab olaraq sərt tədbirlər görəcəyini vəd edib.

 

Qeyd edək ki, Donald Tramp çıxışında KXDR-in ABŞ-ın təhlükəsizliyinə təhdid yaradacağı təqdirdə bu ölkə yerlə yeksan edəcəyini deyib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar