Putinin qardaşı doğuldu - Şoyqu
29.01.2017 1369 0.0 0

Rusiyanın Vladimirski bölgəsində yaşayan ailənin yeni doğulan körpəsinə Şoyqu adı verilib.

RİA-ya istinadla xəbər verilir ki, uşağın tam adı Şoyqu Xurmedoviç Curayevdir. Sözügedən ailə bir müddət öncə Rəsul adlı övladlarının adını Rusiya prezidentinin şərəfinə Putinə dəyişiblərmiş. Beləliklə, Putin və Şoyqu qardaş olaraq bir ailədə böyüyür.

Yerli medianın xəbərinə görə, Şoyqu adını Rusiyanın müdafiə nazirinin şərəfinə baba – Rahmon Curayev seçib. Baba deyib ki, hazırkı nazir onun şərəfinə övlada ad qoymağa layiqdir.

Curayevlər ailəsi Tacikistandan köçüb və hazırda Rusiya vətəndaşıdırlar./Axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar