
Rusiya prezidenti Vladimir Putin ağlayan körpəni sakitləşdirə bilmədi. Rusiya mətbuatının məlumatına görə, gözlənilməz hadisə 1 iyun uşaqların Beynəlxalq müdafiə günü münasibəti ilə keçirilən tədbirdə baş verib.
Putin uşaqlar günü münasibəti ilə çoxuşaqlı ailələri Kremildə qəbul edib. Mərasim zamanı Putin 11 uşaqlı ailənin bəzi üzvlərini təltif edib. Bu zaman qız və bir neçə bacı qardaşı ilə birlikdə 4 yaşlı Yanada prezidentin yanına gedib. Lakin qızcığaz göz yaşı tökməyə başlayıb. Rusiya prezidenti qızı sakitləşdirməyə çalışıb, əyilib və onun gözyaşlarını silib. Lakin körpə ağlamağını dayandırmayıb.
"Siz onlara necə baxırsız? Mən başa düşə bilmirəm. Bu asan tapşırıq deyil, bacarmaqda asan məsələ deyil" - deyə Putin uşaqların valideyinlərinə müraciət edib.
Balaca Yananın "Qovorit Moskva" radiosuna açıqlama verən anası Tamara Klişova deyib ki, qızı prezidentlə görüşdən öncə xeyli gəzib. Məhz yorulduğu və həyəcanlandığı üçün ağlamağa başlayıb.
"Bizim səhər saatlarından ekskursiyamız var idi. Ona görə qızım yorulmuşdu. Axı uşaq hər zaman bu cür ciddi tədbirlərdə olmur. Prezident onu sakitləşdirdikdən sonra o özünə gəldi və yenidən əhvalı düzəldi"./anspress/