Putin: «Təkcə Allah bilir Türkiyə bu addımı niyə atıb»
03.12.2015 726 0.0 0

“Rusiya Türkiyə ilə regional təhlükəsizliyə dair ən həssas məsələlərdə əməkdaşlıq etməyə hazır idi”.
Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib. 
 
Putin Türkiyə rəhbərliyini terrorçulara dəstək verməkdə günahlandırıb: “Bununla belə Türkiyə xalqı bizə dost xalqdır. Mən hələ də anlaya bilmirəm ki, nəyə görə Türkiyə bu addımı atıb. Təkcə Allah bilir Türkiyə bunu niyə edib. Biz bilirik ki, Türkiyədə kim öz ciblərini doldurur, terrorçulara pul qazanmağa kömək edir. Bununla belə Türkiyə xalqı mehriban, əməksevər və istedadlı xalqdır. Bizim Türkiyədə çoxlu köhnə dostlarımız var. Qeyd etmək istəyirəm ki, biz onlarla Türkiyə iqtidarını eyniləşdirmirik. Türkiyə iqtidarı Suriyada hərbçilərimizin ölümünə görə birbaşa məsuliyyət daşıyır”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar