Putinə son xəbərdarlıq
17.02.2015 793 0.0 0

ABŞ Rusiyanı Donbasda atəşkəsin pozulmasına görə ittiham edib.

Məlumata görə, bu barədə ABŞ dövlət departamentinin yaydığı bəyanatda qeyd edilib.

Dövlət departamenti Rusiyanı dərhal hücumları dayandırmağa çağırıb. ABŞ Minskdə əldə edilən razılıqların reallaşdırması üçün ATƏT-lə dialoqa başlamağın zəruriliyini də vurğulayıb. 

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd edilir ki, Amerika Birləşmiş Ştatları Ukraynanın Şərqində vəziyyətin gərginləşməsindən narahatdır:

"Separatçılar açıq bildirdilər ki, onlar Debaltsevoda atəşin dayandırılmasına riayət etməkdən imtina edirlər. Onlar hətta ATƏT müşahidəçilərinin bu rayona girişi zamanı təhlükəsizliyinə zəmanət də vermirlər. Rusiyanın dəstəklədiyi separatçılar bu təcavüzkar hərəkətlərlə əldə olunan sülhə təhlükə yaradırlar", deyə bəyanatda qeyd edilib. 

Qeyd edək ki, Almaniya kansleri, Fransa, Rusiya, Ukrayna prezidentlərinin 12 fevral tarixində Minskdə keçirilən görüşdə atəşkəs haqqında razılıq əldə edilib. Həmin razılığa əsasən, atəşkəs fevralın 15-i saat 00:00-dan etibarən qüvvəyə minib./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar