Putin əsgər sayını 2 dəfə artırdı
19.03.2015 662 0.0 0

Rusiya keçirdiyi hərbi təlimlərə cəlb olunan şəxsi heyətı və aviasiya texnikasının sayını artırıb.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov verdiyi açıqlamada bildirib ki, təlimlərdə şəxsi heyətin sayı 80 min nəfərə, aviasiya texnikasının sayı isə 220-ə çatdırılıb.

Martın 16-dan başlayan və 5 gün davam edəcək təlimlərin məqsədi Rusiya silahlı qüvvələrin döyüş hazırlığını yüksəltmək və ordunun döyüş qabiliyyətinin yoxlanılmasıdır.

Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar fonunda son aylar Rusiyanın tez-tez hərbi təlimlər keçirməsi Kremlin ABŞ başda olmaqla Avropa ölkələrinə əzələ nümayişi kimi qiymətləndirilir. 

Həmçinin neftin ucuzlaşmasından sonra böhrana düşən Rusiyanın hərbi xərcləri azaltmaq əvəzinə daha da artırması da rəsmi Moskvanın aqressiv siyasəti davam etdrməkdə israrlı olduğunu göstərir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar