Putin Ərdoğanı aldatdı? - ANKARA KONKRET ŞƏRT QOYDU
19.07.2015 1156 0.0 0

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız "Türk axını" ilə bağlı mühüm açıqlama verib.

Məlumata görə, Türkiyə tərəfi və "Qazprom" şirkəti arasında Rusiya təbii qazının Ukraynadan yan keçməklə Avropaya çatdırılması planlaşdırılan "Türk axını" layihəsi ilə bağlı aparılan danışıqlara münasibət bildirən Taner Yıldız bəyan edib ki, rəsmi Moskva bu layihədə Türkiyəni sadəcə tranzit ölkə kimi görür.

 

"Bunun isə bizim üçün heç bir mənası yoxdur. Biz təbii qazın birgə çatdırılması sisteminin yaradılmasında maraqlıyıq. Bu məsələ ilə bağlı prinsipial razılaşma əldə olunmuşdu, lakin Rusiya geri çəkildi", - Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, "Türk axını" layihəsi həm Moskvanın, həm də Ankarının maraqlarına cavab verməlidir: "Bizim maraqlarımızı təhdid edən güzəştlərə getməyəcəyik. Problem təbii qazın güzəştlərlə verilməsi ilə həll oluna bilməz".

 


"Türk axını" layihəsinin xəritəsi

 

 

Xatırladaq ki, "Türk axını" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar Rusiyanın "Cənub axını" layihəsi üzrə inşaat işlərinin dayandırılmasından sonra verilmişdi. Rusiya rezidenti Vladimir Putin 2014-cü il dekabr ayında Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Putin Ukrayna böhranı ilə bağlı Avropa Birliyinin mövqeyinə görə Ankarada bəyan etmişdi ki, "Türk axını" layihəsi həyata keçiriləcək.

 


Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdə olarkən

 

 

Yunansıtan "Türk axını"na qoşulmaqda tərəddüd etsə də sonra Rusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzaladı.

Razılaşmasının əldə olunması üçün Putin Yunanıstanın baş naziri Aleksis Tsiprasla birbaşa danışıqlar aparmışdı.

"Türk axını" vasitəsilə bir il ərzində 60 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub.

 

"Cənub axını"nın yerinə "Türk axını"nın olması planlaşdırılıb


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar