Putin-Ərdoğan görüşünə Ukraynadan - Reaksiya
13.10.2016 705 0.0 0

Türkiyə ilə Rusiya arasında imzalanan "Türk axını" müqaviləsi Ukraynanı narahat edib.
 
Məlumata görə, Ukraynanın Ankaradakı səfiri Sergiy Korsunski Rusiya Prezidenti Vladimir Putinin İstanbula reallaşdırdığı səfər çərçivəsində iki ölkə hökumətləri arasında imzalanan "Türk axını" müqaviləsinin Ukrayna üçün böyük itkilərə səbəb olacağını bildirib.

 

Korsunski Ukraynanın "Den" qəzetinə müsahibəsində "Türk axını" layihəsinin 2019-cu ilə qədər yekunlaşacağını, ildə 16 milyad kubmetr təbii qazın tədarük olunacağını və bütün bunların Ukraynanın tranzit ölkə kimi əhəmiyyətini xeyli dərəcədə azaldacağını vurğulayıb.

 

Səfir layihənin reallaşacağı halda, Ukraynanın fəaliyyətini aktivləşdirməsinin lazım olduğunu qeyd edib. 

 

Layihənin reallaşmasında bəzi əngəllərin olduğunu bildirən səfir Qara dənizin dərin nöqtələrində boru kəmərlərinin çəkilməsi üçün lazım olan texnologiyanın nə Rusiyada, nə də Türkiyədə olduğunu qeyd edib. Korsunski bu işi görəcək texnologiyaların isə Avropa şirkətlərində olduğunu, ancaq Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən məsələnin hələ də müəmmalı olaraq qaldığını vurğulayıb./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar