Putin Qırğızıstanda səfərdədir
28.02.2017 725 0.0 0

Rusiya prezidenti Vladimir Putin Bişkekdə səfərdədir.

"Report" TASS-a istinadən xəbər verir ki, Qırğızıstan paytaxtı Rusiya liderinin Mərkəzi Asiyaya səfəri çərçivəsində üçüncü və son dayanacağıdır.

Xatırladaq ki, o, dünən Almatı və Düşənbədə səfərdə olub.

Qeyd olunur ki, V.Putinin Mərkəzi Asiyaya səfəri Rusiyanın Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə diplomatik əlaqələr qurmasının 25 illiyinə həsr olunur.

Bişkekdə V.Putinin prezident Almazbek Atambayev ilə danışıqlar aparacağı planlaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar