Putin Qazaxıstandakı etirazçıları xaricdə təlim keçmiş quldurlar və terrorçular kimi təsvir edib
10.01.2022 280 0.0 0

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Qazaxıstandakı son iğtişaşlar xaricdə təlim keçmiş “quldurlar və terrorçular”dan qaynaqlanıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev isə ölkədə dövlət çevrilişini yatırdığını deyib.

Bu səhər televiziya ilə yayımlanan açıqlamada Putin bildirib ki, iğtişaşlar "yaxşı təşkilatlanmış və yaxşı idarə olunduğu görünür. Orada xaricdəki terror düşərgələrində təlim keçmiş silahlı qruplar" iştirak edib.

Bu arada Tokayev hadisəni, “terrorçu təcavüzün körüklədiyi dövlət çevrilişinə cəhd” kimi təsvir edib. Lakin o asayişin bərpa olunduğunu bildirib.

Həm Putin, həm də Tokayev nümayişlərin xaricdən dəstək alan terrorçular tərəfindən qızışdırıldığını deyiblər, baxmayaraq ki, Qazaxıstan Daxili İşlər Nazirliyi indiyədək saxlanılan minlərlə insan haqqında heç bir məlumat yaymayıb.

 

Mənbə: Daily Mail


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar