Putin öldürülən səfirin yanında mühafizəçinin olmamasının səbəbini açıqlayıb
22.12.2016 1011 0.0 0

Rusiya prezidenti Vladimir Putin Ankarada öldürülən səfir Andrey Karlovun yanında mühafizəçinin olmamasının səbəbini açıqlayıb.
 
“Gazeta”-ya istinadən yayılan məlumata  görə, V. Putin bu məsələdə Türkiyə tərəfini günahlandırmayıb: “Ümumi qaydalar var. Səfirliyin silahlı mühafizə əməkdaşları  ancaq səfirlik ərazisində çalışır. Burda söhbət Türkiyədən getmir. Bir çox ölkədə belədir.
Bununla belə, bəzi ölkələrdə vəziyyəti nəzərə alaraq, bu məsələdə razılığa  gəlmək olardı”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar