Putin: NATO bombardmançıları Rusiya sərhədlərindən 20 km məsafədə uçurlar
18.11.2021 274 0.0 0

NATO-nun bombardmançıları  `qırmızı xətti` keçir.

Qazeta.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Şurasının genişləndirilmiş iclasında deyib. Daha sonra o , Qara dənizdə ABŞ-ın hərəkətlərinin müəyyən hədlərdən kənara çıxdığını deyib.

"Dövlət sərhədimizdən 20 km məsafədə strateji bombardmançılar uçur. Çox ciddi silah daşıdıqları bilinir. Bəli, bununla bağlı narahatlığımızı daim ifadə edirik, qırmızı xətlərdən danışırıq. Lakin əlbəttə, biz başa düşürük ki, bizim tərəfdaşlarımız çox qəribədirlər və buna görə də qırmızı xətlərlə bağlı bütün xəbərdarlıqlarımıza və söhbətlərimizə belə səthi yanaşırlar" 
Ümumiyyətlə, qeyd olunur ki, Putin dünyada münaqişələrin sayının artmasından narahatdır.
Bildirək ki, noyabrın 10-da Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri, ABŞ Silahlı Qüvvələrinin Avropadakı birgə komandanlığının keçirdiyi Qara dəniz regionunda çoxmillətli məşqlərdə iştirak etmək üçün gəldiyi qeyd edilib.

Qeyd edək ki, oktyabrın 20-də Qara dəniz səmasında Rusiya Federasiyasının sərhədinə doğru uçan iki Amerika strateji bombardmançısının peyda olduğunu və iki Su-30 qırıcısının havaya qalxması ilə ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrini uçuş marşrutunu dəyişməyə məcbur edildiyi bildirilmişdi. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar