Tarix: 03.12.2016,   Saat: 06:22, Şənbə.          

Putin hakimiyyətdən gedir - iddia

Rusiyada prezident dəyişikliyi ola bilər.

Qazeta.info Axar.az-a xəbər verir ki, bunu “Moskovski Komsomoleç” qəzetinə müsahibəsində rusiyalı politoloq Valeri Solovey söyləyib. Onun sözlərinə görə, bu ilin dekabrında bu məsələyə tam aydınlıq gətiriləcək:

“Putinin nəsə problemləri var. 2017-ci ildə o bir neçə ay ictimaiyyət arasında ya görünməyəcək, ya da nadir hallarda ortaya çıxacaq. Gələn ilin yazında vaxtında əvvəl prezident seçkisi keçiriləcək və Putinin yerinə xələfi keçəcək. Bu seçki çox önəmlidir, çünki 2018-ci ildə hər şey daha pis olacaq. Putin artıq əmindir ki, onun hakimiyyəti zamanında Qərblə münasibətlərdə qəti dəyişikliklər olmayacaq. Xələfə gəlincə isə Putinin yerinə yenidən Dmitri Medvedyev gətirilə bilər. Onu hazırda bu vəzifəyə hazırlayırlar. Lakin Medvedyevin prezident seçilməsinə qarşı militaristlər qarşı çıxırlar. Digər namizəd isə xüsusi xidmət orqanlarının ürəyincədir. Bu, 2008-ci ildə olduğu kimi yenə də Sergey İvanovdur. O, hələ də öz nüfuzunu itirməyib”.

Qeyd edək ki, bu müsahibənin yayımından bir müddət sonra “Moskovski Komsomoleç” yazını saytından silib. Qəzet rəhbərliyi bu addımını yazıda böyük səhvlərin olması ilə əlaqələndirib və onun bərpasının bir neçə gün vaxt alacağını söyləyib. Rusiya mətbuatı isə artıq Soloveyin təcili olaraq Moskvanı tərk etməsi haqqında informasiya yayıb.



  Bölmə: Manşet | Baxış sayı: 673 | Tarix: 12.11.2016, 15:25


Xəbərlər