Putin erməniləri çox qorxudub
25.05.2015 839 0.0 0

“Rusiyanın dəstəyini qazanmış Azərbaycan Ermənistan Silahlı Qüvvələrinə güclü zərbələr vuracaq”

Rusiya lideri Vladimir Putinin Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına gələcəyini bəyan eləməsi erməni şərhçilərinin ciddi qorxuya salıb. 

Məlumata görə, müxtəlif düşərgədən olan şərhçilər bu səfəri Ermənistan üçün böyük təhlükə sayırlar. Erməni şərhçi Nairi Hayrumyanın fikrincə, səfər Azərbaycanla Rusiyanın münasibətlərinin yaxşılaşması, sonucda Azərbaycanın Avrasiya İttiaqına daxil olması ilə nəticələnə bilər. 

Azərbaycanın yalnız Qarabağ məsələsini həll etdikdən sonra Avrasiya İttifaqına daxil ola biləcəyini bəyan etdiyini xatırladan erməni şərhçi Akop Badalyan düşünür ki, Ermənistan Rusiyanın dəstəyini itirdikdən sonra nəzarət etdiyi əraziləri də itirəcək. Onun fikrincə, oyunlara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da gələcək və Rusiya - Türkiyə münasibətləri daha da yaxınlaşacaq. 

Naira Hayrumyan yaxın zamanlarda Ermənistanda Serc Sarkisyanın hakimiyyətdən gedəcəyini ehtimal edir: “Rusiyanın dəstəyini qazanmış Azərbaycan Ermənistan Silahlı Qüvvələrinə güclü zərbələr vuracaq. Bu isə Ermənistanda indiki hakimiyyətin yıxılması, yerinə qonşularla münasibət qurmağa hazır insanların gəlməsi deməkdir”. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar