Putin dostlarını vəzifədən uzaqlaşdırdı: Böyük hücum
22.10.2016 1213 0.0 0

Rusiyada həyat standartları aşağı düşür və bu da öz növbəsində etiraz aksiyalarının yaxınlaşdığını göstərir.

 

Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, bu iddia ilə Atlantika Şurasının eksperti Andres Aslund çıxış edib.

 

Onun sözlərinə görə, Rusiyada qeyri-stabilliyin əsas səbəbi xüsusi xidmət orqanları arasındakı konflikt olacaq:

 

“Putin çalışır ki, Rusiya xüsusi xidmət orqanları və dövlət idarəçiliyini dəyişsin. O, hakimiyyəti öz əlində birləşdirməyə çalışır, amma bu işdə ona keçmiş KQB (Dövlət Təhlükəsizlik Komitəsi – red.) generallarının hələ də hökmran olduğu Təhlükəsizlik Şurası mane olur. 2000-ci ildə prezident olanda Putin özünün KQB-dən və Sankt-Peterburqdan olan dostlarına qarşı loyal idi. Lakin indi hər şey dəyişib. KQB generalları bir-bir vəzifələrini itirirlər. Hətta rusiyalı jurnalist Yevgeni Kiselyov Moskvadakı vəziyyəti Stalinin 1937-ci ildəki təmizləmələrinə bənzədib. Putini keçmişdən tanıyan, onu özünə bərabər sayan hər kəs öz yerindən uzaqlaşdırılır.

 

Hər şey 2015-ci ilin avqustunda başladı. O zaman Putinin dostu və Rusiya Dəmir Yollarının nüfuzlu rəhbəri Vladimir Yakunin öz vəzifəsini itirdi. Fevralda isə dövlət bankı olan “Vneşekonombank”ın rəhbəri Vladimir Dmitriyev işdən qovuldu. Məhz onun maliyyə müəssisələri Soçidəki olimpiya oyunlarını maliyyələşdirirdi. Bu yay isə Putin ən yaxın dostu olan Viktor İvanovu Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin rəhbəri vəzifəsindən çıxartdı. Avqustda Sergey İvanov postunu itirdi. Onların hamısını gənc, xüsusi xidmət orqanlarından olan loyal texnokratlar əvəz etdi.

 

Apreldən etibarən Rusiya xüsusi xidmət orqanları Yeltsin dövründən bu yana ilk dəfə böyük yenilənmə prosesinə başladılar. “Kommersant”ın məlumatına görə, indi bütün xüsusi xidmət orqanlarının hamısı Federal Təhlükəsizlik Xidmətinin tərkibində cəmləşəcək. Bu isə daha çox KQB-ni xatırladır. Başqa bir məqam isə Rusiyada prezidentlik institutunun ləğvi ilə bağlı iddiadır. Onun yerinə Siyasi Büronu xatırladan qurum yaranacaq və Putin onun baş katibi olacaq. Nəticədə o öz hakimiyyətini davam etdirmək üçün göstəriş xarakterli seçkilər keçirəcək. Rusiyada bu plana qarşı çıxacaq yeganə qüvvə Təhlükəsizlik Şurasıdır. O, daha çox SSRİ Siyasi Bürosunu xatırladır. Putin isə artıq bu şuranın KQB agenti olan üç üzvünü təqaüdə göndərib. Onları öz adamları ilə əvəz edib. Görünür, Putin böyük hücuma hazırlaşır, amma bu hücum onun məğlubiyyətinə çevrilə bilər”. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar