Putin: Allah məni belə yaradıb
11.06.2015 725 0.0 0

İtaliyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin bu ölkənin "Corriere della Sera" qəzetinə müsahibə verib.

Məlumata görə, qəzetin müxbiri Putinə "həyatınızda çox peşman olduğunuz, səhv etdiyiniz və bir daha təkrar etmək istəmədiyiniz bir qərar olub" sualını verib.

Rusiya prezidenti isə cavabında belə deyib: "Sizə qarşı tamamilə dürüst olacam. Belə bir şey xatırlamıram. Allah məni heç nədən peşman olmayacağım xarakterdə yaradıb".

Qeyd edək ki, Putin səfəri çərçivəsində İtaliya baş naziri Matteo Renzi ilə də görüşüb. Görüşdə Ukrayna münaqişəsi başda olmaqla bir sıra məsələlər müzakirə edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar