Putin ABŞ-a qarşı blok yaradır (FOTO)
29.09.2015 609 0.0 0

Rusiya, Suriya və İran hərbçiləri Bağdadda koordinasiya mərkəzi yaradıb. Məqsəd İŞİD-ə qarşı mübarizə aparan İranın dəstəklədiyi qüvvələrə kömək göstərməkdir.

Məlumata görə, bu barədə ABŞ-ın Fox News televiziya kanalı məlumat yayıb.

Qərb kəşfiyyatı bildirib ki, Rusiyanın yüksək rütbəli generalları da bu mərkəzə daxildir. Amma ABŞ rəsmiləri İraq hökumətinin burada iştirakının bəlli olmadığı qənaətindədirlər.

Ümumiyyətlə, Rusiya son vaxtlar Suriyada hərbi iştirakını genişləndirir. Sentyabrın 28-də ABŞ və Rusiya prezidentlərinin Nyu-York görüşündə bu məsələdə müzakirə olunub. Görüş BMT Baş Assambleyasının toplantısı çərçivəsində baş tutub.

ABŞ hesab edir ki, Rusiyanın Suriyada hərbi iştirakı vəziyyəti daha da pisləşdirə bilər.

 


Vladimir Putin - Rusiya prezidenti və Çarli Rouz - jurnalist

 

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın tanınmış jurnalisti Çarli Rouza verdiyi müsahibədə Rusiya tərəfindən atılan yeni səyləri, Yaxın Şərqdə liderlik rolunu üzərinə götürmək üçün yeni strategiya hazırlandığını etiraf edib: "Bölgədəki vəziyyət bizi Əsəd hökumətinə dəstək göstərməyə və regionda vəziyyətin perspektivləri haqqında düşünməyə məcbur edir. Rusiyadan 2 mindən çox döyüşçü Suriyanın ərazisindədir. Təhlükə, təhdid var ki, onlar nə vaxtsa geri qayıdacaqlar. Onların qayıtmasını gözləməkdənsə, Suriya ərazisində onlarla mübarizə aparmaq üçün Bəşər Əsədə kömək etmək daha yaxşıdır. Bizi Bəşər Əsədə kömək etmək üçün vadar edən vaciblik budur."

Rusiya lideri deyib ki, ölkəsi bütovlükdə regionda vəziyyət daha da kəskinləşməsini, yeni Somali yaranmasını istəmir: "Biz bu ölkələrlə normal münasibətləri inkişaf etdirmək istəyirik. Ümumiyyətlə, xüsusi vurğulamaq istəyirəm, bizim həmişə Yaxın Şərqlə ənənəvi, çox xeyirxah əlaqələrimiz olub. Biz hesablayırıq və nəzərə alırıq ki, gələcəkdə nə baş verəcək. Biz Yaxın Şərqdəki mövqelərimizi əldən verməyəcəyik".

 


Rusiya texnikası Suriyada

 

"Putinin Suriya üçün hansı planı var, bu məsələdə ABŞ-la əməkdaşlıq etmək fikri varmı" sualına V.Putin belə cavab verib ki, ciddi məsələlərlə bağlı xarici işlər nazirləri səviyyəsində ilkin məsləhətləşmələrin gedişatında plan hazırlana bilər və ən yüksək səviyyədə, prezidentlər, hərbi müəssisələr, xüsusi xidmətlər arasında müzakirədən sonra qəbul oluna bilər: "Bu, böyük işdir, və əgər plan tamamlanmağa hazırdırsa, onda görüşüb son nöqtəni qoymaq olar. Əgər rəsmilərimiz yekun mərhələyə yaxınlaşmadılarsa, fikirləri uyğun gəlmədisə, o zaman biz prezident Obama ilə görüşə, bir-birimizin əlini sıxa və cari məsələlər üzrə danışa bilərik. Şəxsən mən öz tərəfindən bu əlaqələrə həmişə hazıram."

 


Rusiya, Suriya və İranın hədəfləri

 

Aydındır ki, ABŞ-da keçiriləcəkdə növbəti prezident seçkilərində respublikaçıların qalib gələcəyi ehtimal olunduğundan, İranla bağlı məsələ qəlizləşir. Belə ki, Respublikaçılar Partiyasının bütün üzvləri İran üzrə "Altılıq" arasındakı razılaşmalar qarşı çıxırlar. Belə olan halda vəziyyətin daha də çətinləşəcəyi ehtimal olunur.

V.Putin bununla bağlı deyib ki, nail olunmuş razılıq beynəlxalq təhlükəsizliyin maraqlarına cavab verir, regionda vəziyyəti möhkəmləndirir, nüvə silahının yayılması yolunda müəyyən ciddi maneələri qoyur, MAQATE tam və hərtərəfli nəzarəti öhdəsinə götürür və bütovlükdə Yaxın Şərqdə vəziyyəti normallaşdırır. Çünki regionun bütün ölkələri ilə normal işgüzar, ticarət, əməkdaşlıq, siyasi münasibətlər yaratmağa icazə verir.

 

Bəşər Əsəd - Suriya prezidenti, Vladimir Putin - Rusiya prezidenti

 

Barak Obama və Vladimir Putinin BMT Baş Assambleyasındakı çıxışları dünya ictimaiyyəti tərəfindən səbirsizliklə gözlənirdi. Çünki bu çıxışlar qarşı duran iki dünya baxışının qlobal problemlərə münasibətlərini açıqlamalıydı. Onlar BMT Baş Assambleyasının sessiyasında etdikləri çıxışlarda aralarındakı ixtilaf və yaxınlaşma imkanlarının cizgilərini təqdim ediblər.

Təhlilçilər isə bir məsələyə diqqət yetirirlər ki, Barak Obama çıxışında bir neçə dəfə Rusiyanı Krımın ilhaqına və Ukraynanın suverenliyinə qarşı təcavüzə, habelə Suriyada prezident Bəşər Əsədin müdafiəsinə yönələn siyasətinə görə açıq şəkildə tənqid edib.

Vladimir Putin isə “bir güc mərkəzi deyərkən” Amerikanın adını çəkməyib, lakin Əsəd məsələsində Rusiyanın əsas məqsədinin rejimi qoruyub saxlamaq olduğunu etiraf edib: "Bəşər Əsəd sabitliyi təcəssüm etdirir."

Barak Obama Əsədi müdafiə etdiklərinə görə İran və Çin Xalq Respublikasını da günahlandırıb. Bununla yanaşı, prezident Barak Obama öz çıxışında vurğulayıb ki, Birləşmiş Ştatlar, Rusiya və İran da daxil bütün ölkələrlə işləməyə hazırdır.

 

Barak Obama - ABŞ prezidenti və Bəşər Əsəd - Suriya prezidenti./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar