Putin 20 generalı istefaya göndərdi
08.05.2015 653 0.0 0

Rusiya prezidenti Vladimir Putin ölkənin güc strukturları əməkdaşlarının vəzifələrindən azad edilməsi barədə fərman imzalayıb.

Məlumata görə, bununla 20 general vəzifələrindən azad olunub.

Polis general-leytenantı Sergey Lavrov vəzifədən azad olunub. O, Kuban üzrə idarə rəisi postunu tuturdu.

Bundan başqa daxili xidmət general-mayoru Andrey Pilipçuk postundan məhrum edilib. Pilipçuk Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin KİV-lərlə qarşılıqlı təsir üzrə idarə rəisi idi.

Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarının Mərkəzi regional komandanlığı qoşunlarının birinci müavini Vladimir Padalko da işdən çıxarılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar