Psixoloji problemi olan valideyin üşağı məktəbə buraxmır- Məhkəmə qərarı isə icra olunmur
19.01.2022 519 4.0 0

Nizami rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası və Ailə Qadın Uşaq Problemləri uzrə Dövlət Komitəsi  azyaşlı uşağın taleyinə biganəlik göstərir.
Redaksiyamıza yazan şikayəti bildirir ki, Bakı Apellyasiya və Ali Məhkəmə 24.02.2020 ci il tarixdə  2(103)-1721/2020 saylı sənədə görə, 8 yaşlı A.Nəzirovanı ananın psixoloji problemi olması səbəbindən atasının himayəsinə verilməsi ilə bağlı müvafiq qərar qəbul olub. Lakin Bakı şəhər Nizami rayon İcra Şöbəsinin icra məmurları məhkəmə qərarını icra etməkdə üzərilərinə düşən vəzifəni yerinə yetirmirlər. 

Verilən məlumata görə, Nizami rayon məhkəməsində A.Nəzirovaya anası tərəfindən psixoloji təzyiqlər olunduğu sübut edildiyi halda, hələ də aidiyyəti dövlət qurumları verilmiş məhkəmə qərarlarına məhəl qoymurlar.

Əgər ananın psixoloji problemi varsa, uşağın taleyinin məhv olunmasına laqeydlik nümayiş etdirən aidiyyəti qurumların məsuliyyətsizliyini necə anlamaq olar? deyə şikayəçi bildirir. 
Bildirilir ki, A.Nəzirova hazırda Nizami rayonundakı 251 saylı orta məktəbdə 2 ci sinif şagirdi olmasına baxmayaraq, bu günə kimi, yəni bir ildən artıqdır məktəbə aparılmır. Məktəb direktorunun bununla bağlı Nizami rayon Polis İdarəsinə, Nizami rayon Qəyyumluq və Himayəçilik Komissiyasına və Ailə Qadın Uşaq Problemləri uzrə Dövlət Komitəsinə müraciətləri nəticə verməyib. 

A.Nəzirovanın atası bu barədə bütün dövlət qurumlarına müraciət etsə də, təəssüflər olsun ki, bu günə kimi heç bir müsbət nəticə əldə edə bilmədiyini qeyd edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar