Prokuror ümumilkdə Yunuslara 20 il iş istədi
06.08.2015 610 0.0 0


Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Lakin proses başlayan kimi hakimlər fasilə elan etməli olublar. 

Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Arif Yunusun vəziyyəti pisləşib və məhkəmə fasilə elan etməli olub. Arif Yunusa tibbi yardım göstərildikdən sonra proses bərpa olunub.

Daha sonra,  məhkəmə prokurorun çıxışı ilə davam edib. /anspress/

Məlumata görə məhkəmədə çıxış edən prokuror ittiham olunan şəxslərə ümumilkdə 20 il iş istəyib. Belə ki, prokuror Fərid Nağıyev  Leyla Yunusa 11 il onun həyat yoldaşı Arif Yunusa 9 il iş istəyib.

Hakim məhkəməni avqustun 10-na qədər təxirə salıb.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar