Prezidentin qızları sərgidə-FOTO
18.02.2015 883 0.0 0

Məşhur “Sotheby's” hərracında tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən biri Cavad Mircavadovun əsərlərindən ibarət sərgi açılıb.

Buro 24/7-ün verdiyi məlumata görə, Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində keçirilən sərginin açılış mərasimində Heydər Əliyev fondunun vitse-preizdenti Leyla Əliyeva, Arzu Əliyeva, "Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev, eləcə də incəsənət mütəxəssisi Fərəh Piriyeva və digər qonaqlar iştirak ediblər. Sərgi ayın 19-dək davam edəcək./anspress/

Qeyd edək ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-54-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir.

Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib.

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar