Prezidentin mətbuat katibi: Azərbaycan prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb
14.04.2016 543 0.0 0

Bu gün bəzi media orqanlarında İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü olması barədə məlumat yayıb.

 

Bu məlumata münasibət bildirən Azərbaycanın Prezidentinin mətbuat katibi Azər Qasımov açıqlamasında deyib: "Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan prezidenti çay içərkən Cəmiloğlu və Çubarov prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz". /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar