Prezidentin evini su basdı
04.06.2015 748 0.0 0

Prezidentin evini su basdı. Məlumata görə, bu hadisə Nikaraquada baş verib. 

Belə ki, ölkə prezidenti Danel Orteqinin evi sel nəticəsində ziyan görən 2 min evdən biri olub. Bu barədə ölkə rəhbərliyi özü məlumat yayıb. 

"Ötən gün su topuğa qədər idi. Düzdür bunu deyəndə heç kim bizə inanmır", deyə ölkənin birinci xanımı Rosario Murilo bildirib. 

Onun sözlərinə görə, prezidentin evindən suyu vedrələrlə boşaldıblar. Bu işdə ailəyə hərbçi və polis də kömək edib. 

Ümumilkdə güclü leysan 10 mindən çox insanın əmlakına ziyan vurub. 9 xəstəxana su altında qalıb, xəstələr evakuasiya edilib. 

Qeyd edək ki, cəmi iki saata Nikaraquaya bir aylıq normada yağış düşüb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar