Prezidentin ailəsinin toyda rəqsi (VİDEO
18.03.2015 1471 0.0 0

Prezident ailəsinin toyda rəqs edərkən videogörüntüləri yayılıb. Video birinci xanımın əmisi oğlu Mir Cəlal Paşayevin toyunda çəkilib. 

Martın 14-də "Buta Palace"da Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlunun toy mərasimi keçirilib. Mərasimdə prezidentin ailə üzvləri iştirak ediblər. Toy şənliyində birinci xanım bəyin atası Arif Paşayevlə rəqs edir. Qızları Leyla və Arzu, balaca Heydər də onlarla birlikdə rəqs edirlər.

"Pasha Holdinq"in tərkibinə daxil olan Paşa Həyat Sığorta şirkətinin Direktorlar Şurasının sədri vəzifəsində çalışan Mir Cəlal Paşayev Zülfiyyə adlı xanımla ailə həyatı qurub. Toy mərasimində hakim ailənin üzvləri, eləcə də Azərbaycanın bir sıra dövlət məmurları, ictimai-siyasi xadimləri iştirak ediblər. Toyda tanınmış estrada müğənniləri çıxış ediblər.

Qeyd edək ki, Aqil Paşayev yazıçı Mir Cəlal Paşayevin kiçik oğludur. Aqil Paşayev bir zamanlar "Mariott Abşeron " mehmanxanasının direktoru olub, Parni iz Baku komandasının konsertlərinin əsas təşkilatçılarından biri olub. O, bir neçə il öncə dünyasını dəyişib. Təzə bəy Mir Cəlal Paşayev məşhur yazıçı olan babası Mir Cəlal Paşayevin adını daşıyır. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əmisi oğludur.
 Azvision.az-a istinadən həmin toydan maraqlı görüntüləri təqdim edirik:

 


 

Mənbə/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar