Prezidenti başsağlığı verib
12.09.2015 505 0.0 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəbədə baş verən faciə ilə əlaqədar Səudiyyə Ərəbistanının Kralına başsağlığı verib.Qazeta.info bildirir ki, İlham Əliyevin verdiyi  başsağlığında deyilir:
 

Əlahəzrət,

Əziz Qardaşım,

Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar