Prezident və ailəsi Gül bayramında iştirak edib
10.05.2015 627 0.0 0

Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub. 

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak etdilər.

Qazeta.info bildirir ki, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.

 

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva parka toplaşan uşaqlarla xatirə şəkilləri çəkdirdilər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar