Prezident Saatlı rayonuna səfər edib
28.03.2017 1079 0.0 0

 

Prezident İlham Əliyev Saatlı rayonuna səfərə gəlib.

 

Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verib.

 

 

 

 

Daha sonra, prezident İlham Əliyev Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.

 

 

 

 

Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Məlumata görə, Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində yolun açılışında iştirak edib.

 

 

 

 

 

Bundan başqa, prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar