Prezident sərəncam verdi
02.04.2015 824 0.0 0
 

 

Qazeta.info  Prezident aparatının rəsmi saytına istinadən bildirir ki, 2015-ci ilin avqust ayında görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olur. 

Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirə layiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər şəxsiyyətlərdəndir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında mühüm xidmətləri olan böyük sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar