Prezident sərəncam imzalayıb
18.07.2016 781 0
Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.
Qazeta.info bildirir ki, prezidentin sərəncamında qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilsin.
2. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi dərc edilsin (əlavə olunur)."
Digər xəbərlər:
Şərhlər




