Prezident MTN-əməkdaşlarını təltif etdi
27.03.2015 624 0.0 0
 
 

Sərəncama görə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə İqor Leonidoviç Kərimova “Əməkdar mühəndis” fəxri adı verilib.

 

 

Prezidentin sərəncamında qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə

Çovdarov Akif Teymurxan oğlu - general-mayor

Mahmudzadə Elşad Bilal oğlu - polkovnik

«Vətən uğrunda» medalı ilə

Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant 

Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki

Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant 

İbayev Zabil Nəsir oğlu - mayor

Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru

Sadıqov Mahir İbrahim oğlu - polkovnik 

Sultanov Şahin Sultan oğlu - general-mayor 


«İgidliyə görə» medalı ilə 


Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş 

Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant

Mövsümov Azər Adil oğlu - kapitan 


«Hərbi xidmətlərə görə» medalı ilə

Abbasov Mövlud Həsənqulu oğlu - mayor 

Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan 

Cabbarov Turac Vaqif oğlu - kapitan 

İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik 

Quliyev Bəhruz Yusif oğlu - kapitan 

Rzayev Tural Məmməd oğlu - kapitan

Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar